Gundemxeber.az » Ölkə » Hadisə » Ağdamda kəhriz quyusundan meyit tapıldı
Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib.
Gundemxeber.org apa-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.
İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.
Hadisənin səbəbləri və ölümün digər təfərrüatları araşdırılır.
8-08-2026, 21:36
16-03-2017, 21:31
29-01-2014, 12:15
5-12-2015, 16:13
12-12-2013, 14:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?