Gundemxeber.az » Ölkə » Hadisə » Beyləqanda minik maşını kanala düşüb, xəsarət alanlar var
Beyləqanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundemxeber.org apa-ya istinadən xəbər verir ki, hadisə Sarısu qəsəbəsində qeydə alınıb. “Niva” markalı avtomobilin kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
18-09-2015, 23:16
25-12-2015, 00:43
23-08-2026, 10:13
30-05-2013, 12:37
5-11-2018, 10:11
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?