Gundemxeber.az » İdman » Daha iki veteran cüdoçumuz qızıl medal qazandı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.
Gundemxeber.org xəbər verir ki, M5 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar.
Hər iki cüdoçu karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.
Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.
21-09-2026, 23:01
17-12-2012, 13:14
12-08-2013, 10:41
4-02-2014, 21:19
23-08-2026, 13:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?