Gundemxeber.az » İdman » Haalandın bu paylaşımı Türkiyədə diqqət çəkdi
Erlinq Haaland bu dəfə qolları ilə deyil, musiqi seçimi ilə diqqət çəkib.
Gundemxeber.org xəbər verir ki, "Mançester Siti"nin hücumçusu səyahəti zamanı dinlədiyi türk mahnısını izləyiciləri ilə bölüşüb.
Haalandın Lvbel C5-in "TAK TAK TAK" mahnısını dinlədiyi görülüb. Norveçli futbolçu paylaşımına "Uber sürücüsü səyahət zamanı bir neçə türk mahnısı ilə coşdurur" şərhini yazıb.
Milyonlarla izləyicisi olan Haaland, türk mahnısını seçdiyinə görə türk futbol və musiqi pərəstişkarlarından çoxsaylı şərhlər alıb. Norveçli ulduzun türk mahnısını paylaşması izləyiciləri arasında ən diqqət çəkən paylaşımlardan biri olub.
12-08-2016, 23:48
18-10-2015, 22:48
25-09-2015, 14:16
27-12-2014, 21:56
4-07-2017, 12:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?