Gundemxeber.az » İdman » "Turan" ÇL-in qrup mərhələsinə vəsiqə qazandı
Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
Gundemxebertv.com xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
27-08-2026, 08:21
18-03-2017, 12:19
11-08-2026, 10:25
15-08-2017, 22:43
26-08-2026, 11:22
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?