Meksikanın "Keretaro" klubuna transfer olunan Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo təqdimat mərasimində irqçi şüarla qarşılaşıb
PİA.AZ-ın məlumatına görə, meksikalı siyasətçi Karlos Nunez Manuel Trevino braziliyalı futbolçunu "meymun" adlandırıb.
Trevino "facebook" sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Tolerantlı davranmağa çalışıram, ancaq futboldan nifrət edirəm. Çünki insanlar küçələrə axışır, yollar bağlanır. Nəticədə mənim evə qayıtmağın 2 saat çəkir. Həm də bütün bunlar bir "meymun" üçün. Braziliyalıdır, amma yenə də "meymun"dur".
Qeyd edək ki, bu paylaşımdan sonra böyük təzyiqlə üzləşən siyasətçi yazdıqlarını silib.
Sorğu
Yeni dizaynımız necədir?