Gundemxeber.az » Dünya » Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.
Gundemxeber.org "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan 2005-ci ildən bəri qlobal problemlərə qarşı mübarizə metodlarını qabardır.
Türkiyə Prezidentinin 16 çıxışı barədə məlumat verilən yazıda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması qabardılıb.
Xatırladaq ki, Azərbaycan həmin il lokal xarakterli antiterror tədbirləri həyata keçirib və ərazi bütövlüyünü tam bərpa edib. Bu səbəbdən Azərbaycanda 20 Sentyabr - Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
20-09-2017, 12:50
27-11-2014, 21:37
7-04-2021, 10:40
24-09-2024, 11:02
16-07-2016, 11:25
Sorğu
Yeni dizaynımız necədir?