Gundemxeber.az » Dünya » Rekord göstərici: Ramzan Kadırov 99.85% səslə yenidən Çeçenistanın rəhbəri seçilib
Rəsmi məlumatlara görə, Ramzan Kadırov Çeçenistan rəhbəri seçkisində səslərin 99.85%-ini toplayaraq yeni rekorda imza atıb. Mərkəzi Seçki Komissiyası bu nəticəni bütün bülletenlər hesablandıqdan sonra açıqlayıb. (Müqayisə üçün: Kadırov 2021-ci il seçkisində 99.7% səs toplamışdı).
Onun rəqibləri — "Ədalətli Rusiya" partiyasının namizədi İsmayıl Denilxanov və RFKP namizədi Xalid Nakayev — hərəsi cəmi 0.05% səs toplayıblar. Hər iki namizədin faktiki olaraq heç bir seçki kampaniyası aparmadığı bildirilir.
"AzadlıqRadiosu"nun rus xidmətinin məlumatına görə, seçki kampaniyası respublikada fərqli düşüncəyə qarşı təzyiqlərin artırılması tələbləri ilə müşayiət olunub. Səsvermə günlərində isə "etibarsız" sayılan vətəndaşların saxlanılması və qeyri-adi dərəcədə yüksək seçici fəallığı diqqət çəkib.
Gundemxeber.org
22-06-2020, 14:47
13-10-2015, 13:32
19-09-2025, 17:01
9-10-2013, 21:40
6-12-2014, 00:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?