Gundemxeber.az » Dünya » İşləməyə adam yoxdur - ABŞ-də işçi qıtlığı
ABŞ Prezidenti Donald Trampın miqrasiya siyasəti ölkədə bir sıra sahələrdə işçi çatışmazlığına səbəb olur.
Gundemxeber.org “El País” nəşrinə istinadən xəbər verir ki, miqrantların saxlanılması və deportasiyası, həmçinin viza məhdudiyyətləri müəssisələrin fəaliyyətini çətinləşdirir.
Məlumata görə, işçi qıtlığı kənd təsərrüfatı, heyvandarlıq və yaşıllaşdırma sahələrində xüsusilə hiss olunur. İş adamları işçi tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
Nəşr bu vəziyyətin ərzaq qiymətlərinə təsirinə də diqqət çəkib. Məqalədə “America’s Voice” təşkilatının məlumatına istinadən qeyd olunur ki, 2026-cı ilin iyununa qədər olan 12 ayda kahının qiyməti 32 faiz artıb.
21-08-2026, 22:59
10-08-2020, 10:54
11-12-2013, 12:41
30-03-2017, 16:29
24-01-2016, 13:35
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?