Gundemxeber.az » Dünya » “Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin regionda güclü qonşuların olmasını istədiyini və öz təhlükəsizliyini digər dövlətlərin təhlükəsizliyi hesabına təmin etməyə çalışmadığını bildirib.
Gundemxeber.org xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələrdə çıxışı zamanı deyib.
“Biz hegemonluğa can atmırıq və təhlükəsizliyimizi başqalarının təhlükəsizliyinin pozulmasında görmürük. İran güclü olmalıdır ki, təhdid edilməsin və gələcəyi təhlükə altında qalmasın”, – deyə Pezeşkian bildirib.
İran Prezidenti regional problemlərin bölgədəki dövlətlər tərəfindən həll edilməsinin vacibliyini vurğulayıb: “Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir”.
Pezeşkian əlavə edib ki, region ölkələrinin təhlükəsizliyi bir-biri ilə bağlıdır: “Heç kim təkbaşına təhlükəsiz ola bilməz. Ya təhlükəsizliyi birlikdə quracağıq, ya da birlikdə təhlükəsizlikdən məhrum şəraitdə yaşamalı olacağıq”.
27-08-2026, 15:16
8-01-2026, 15:42
28-04-2025, 13:38
11-03-2026, 23:21
23-09-2026, 19:37
Sorğu
Yeni dizaynımız necədir?