Gundemxeber.az » Dünya » "Yeni Partiya növbəti seçkidə iqtidar olacaq" - Özgür Özel
Türkiyə müxalifətinin lideri Özgür Özel növbəti dəfə iddialı açıqlamalar verib. Manisa şəhərində partiyasının sıravi üzvləri ilə görüşən Özel Türkiyənin iqtidar dəyişikliyindən danışıb.
Gundemxebertv.com xəbər verir ki, siyasətçi bir müddət əvvəl təsis olunmuş Yeni Partiyanın 723 min üzvünün olduğunu açıqlayıb. O, bu günə kimi 80 böyük şəhərdə və 870 rayonda yerli təşkilatların formalaşdığını vurğulayıb.
Özgür Özel sədri olduğu Yeni Partiyanı "Türkiyənin xilaskarı" adlandırıb. O, tərəfdarları qarşısında çıxışında növbəti seçkidə iqtidar olacaqlarını iddia edib: "Yeni Partiya xalqın bağrından qopub. Xalq növbəti seçkidə bu partiyanı iqtidar edəcək. Sizə söz verirəm, bunun üçün əlimdən gələni əsirgəməyəcəm. Əgər növbəti seçkilərdə hakimiyyətə gəlməsək, sədr postundan istefa verəcəyəm".
21-07-2026, 19:45
23-05-2019, 16:15
28-03-2016, 19:30
3-05-2024, 13:00
4-08-2015, 11:44
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?