Gundemxeber.az » Dünya » Maaşı verilmədiyi üçün bazarı yandırdı
120 dollarlıq maaşı ödənilməyən mühasib Hindistanda 2,7 milyon dollarlıq zərər vuraraq bazarı yandırıb.
Gundemxebwer.com xəbər verir ki, Hindistanın Surat şəhərində keçmiş mühasib ödənilməmiş əməkhaqqına görə keçmiş işəgötürənindən intiqam almaq istəyərkən böyük yanğına səbəb olub.
33 yaşlı Vinod Savle təxminən 1,80 dollara benzin alaraq ticarət mərkəzi bağlandıqdan sonra əraziyə daxil olub və keçmiş müdirinin mağazasının yaxınlığındakı parçaları yandırıb. Alov sürətlə yayılaraq binanın altıncı mərtəbəsinə qədər qalxıb və dörd tacirin mağazasını külə döndərib. Hadisə nəticəsində ümumilikdə 2,7 milyon dollar dəyərində toxuculuq məhsulu məhv olub.
Hadisədən sonra qaçaraq Racastan və Uttar-Pradeş ştatlarında gizlənən Savle iki həftə sonra hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Dindirilmə zamanı o, yanğının bu qədər geniş sahəyə yayılacağını gözləmədiyini bildirib.
9-06-2018, 11:43
26-09-2017, 16:51
13-06-2018, 10:18
25-06-2013, 15:46
13-07-2013, 09:43
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?