Gundemxeber.az » Dünya » Rusiyanın fişəng zavodunda yanğın oldu - Ölənlər və yaralanan var

Rusiyanın Yaroslavl vilayətindəki fişəng istehsalı müəssisəsində yanğın baş verib.
Gundemxebertv.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərin cəsədləri uçmuş konstruksiyaları təmizləyən xilasedicilər tərəfindən tapılıb.
Müəssisədə baş verən yanğın artıq lokallaşdırılıb. Müəssisədə iki bina yanır; 100-dən çox təcili yardım xidməti işçisi və 40 ədəd xüsusi texnika yanğını söndürmək üçün çalışır.
Hadisə Pereslavl-Zalesski bələdiyyə rayonu, Kubrinsk şəhəri, Parkovaya küçəsi, 1 ünvanında baş verib. Yanğın fişəng istehsalı müəssisəsində baş verib. İlkin məlumatlara görə, müəssisədə partlayış olub.
27-05-2015, 12:31
8-02-2018, 10:15
26-03-2018, 10:08
8-07-2019, 10:12
27-08-2017, 16:08
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?