Gundemxeber.az » Dünya » Paşinyan 44 günlük müharibədə Putinin rolundan danışdı
Alma-Ata Bəyannaməsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar edilməsi prosesində həlledici rol oynayıb.
Gundemxebertv.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Ermənistan və Azərbaycan, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzaladılar və ratifikasiya etdilər: "Bu əsasnamə müstəqil Ermənistan ilə müstəqil Azərbaycan arasında bağlanmış ilk hüquqi qüvvəyə malik ikitərəfli sənəd oldu. Həmin sənəddə o müddəa təsbit olunub ki, Ermənistan və Azərbaycanın müvafiq komissiyaları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesində Alma-Ata Bəyannaməsini əsas prinsip kimi qəbul edəcəklər.
MDB-nin bu təməl sənədi həmçinin "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin paraflanmış mətnində də mühüm yer tutur.
2020-ci il müharibəsindən bəri biz sülhə doğru uzun bir yol qət etmişik. Bu kontekstdə, 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasında Rusiya Prezidenti Vladimir Putinin rolunu xüsusi vurğulamaq istərdim.
Bununla belə, hətta 2020-ci il 9 noyabr bəyanatının imzalanmasından sonra da biz, təəssüf ki, faktiki olaraq sülhə nail ola bilmədik. Aydındır ki, Ermənistan və Azərbaycan arasında sülhə nail olmağın yalnız bir real yolu var: Alma-Ata Bəyannaməsinin prinsipləri üzərində qurulmuş bir arxitektura.
Etiraf etmək lazımdır ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsinin qəbul edilməsi Ermənistan və Azərbaycan arasındakı münaqişənin gərginləşməsinin qarşısını almadı. 30 ildən çox müddət ərzində münaqişə Alma-Ata Bəyannaməsi ilə yanaşı davam etdi, lakin Bəyannamənin mövcudluğu sanki diqqətdən kənarda qaldı.
Davamlı sülhü bərqərar etmək üçün – məcazi mənada desək – Alma-Ata Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Məhz Azərbaycan Prezidenti və mən 2022-ci il oktyabrın 6-da – Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Praqada keçirilən dördtərəfli görüşdən sonra – bunu həyata keçirdik".
4-11-2025, 12:24
19-04-2024, 22:59
30-11-2023, 15:24
1-11-2024, 20:02
Bu gün, 17:19
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?