Gundemxeber.az » Dünya » Paşinyandan önəmli TRIPP və Naxçıvan açıqlaması
Ermənistan və Azərbaycan arasında sülh artıq bərqərar olmuş bir faktdır.
Gundemxebertv.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
"Bu gün qeyd edə bilərik ki, iki ildən çoxdur ki, ermənilər və azərbaycanlılar arasında atışmalar nəticəsində heç bir ölüm və ya xəsarət halı baş verməyib. Bu, 1990-cı illərdən başlayaraq hər iki tərəfdə insan itkilərinin qeydə alındığı əvvəlki otuz ildən artıq dövrlə kəskin ziddiyyət təşkil edir", deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, artıq təxminən bir ildir ki, Azərbaycanın dəmir yolu Ermənistanın yükləri üçün açıqdır: "Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət başlayıb və dövlət sərhədinin 12 kilometrlik hissəsində delimitasiya və demarkasiya işləri həyata keçirilib. Yaxın gələcəkdə bizi Ermənistan Respublikası ərazisində TRIPP layihəsinin icrası gözləyir. Bu layihə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasını təmin edəcək. Bura Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Ermənistanın şimal və cənub hissələri arasında, eləcə də Ermənistan Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması daxildir.
Bu proses Vaşinqton Bəyannaməsinin icrası çərçivəsində həyata keçirilir. Həmin bəyannamənin üçüncü bəndində deyilir: "Biz suverenlik, ərazi bütövlüyü və dövlət yurisdiksiyası prinsiplərinə əsaslanaraq, regionda və ətraf ərazilərdə sülhü, sabitliyi və rifahı təşviq etmək məqsədilə daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyini təsdiqlədik". Bu səylər həm də beynəlxalq və daxili daşımalar üçün Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikası ərazisindən keçən maneəsiz əlaqəni əhatə etməli və Ermənistan Respublikası üçün qarşılıqlı fayda kəsb etməlidir.
Beləliklə, yeni beynəlxalq logistika marşrutları – Şərq-Qərb və Cənub-Şimal istiqamətləri – açılacaq. Bura İran İslam Respublikası, Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Gürcüstan ərazilərindən keçən, Fars körfəzi ilə Qara dənizi birləşdirən dəmir yolu əlaqəsi də daxildir.
Bu, TRIPP layihəsinin icrasının regiondakı bütün ölkələr, o cümlədən yeni logistik imkanlar əldə edəcək MDB dövlətləri üçün faydalı olduğunu nümayiş etdirir. Bu kontekstdə qeyd etmək istərdim ki, dövlət sərhədinin açılması və bunun nəticəsində Ermənistanla Türkiyəni birləşdirən avtomobil və dəmir yolu infrastrukturunun bərpası da gözlənilir".
10-10-2025, 23:55
31-08-2026, 18:11
11-08-2026, 19:28
8-08-2026, 13:11
Bu gün, 17:10
Sorğu
Yeni dizaynımız necədir?