Gundemxeber.az » Dünya » Əsgər müdafiə nazirinə irad bildirdi
Ötən gün ABŞ-də Veteranlar Günündə, Müdafiə naziri Pit Heqset həyat yoldaşı və köməkçiləri ilə birlikdə Arlinqton Milli Qəbiristanlığındakı Naməlum Əsgər Məzarını ziyarət edib.
Gundemxebertv.com AP-yə istinadən xəbər verir ki, bir neçə fotoşəkil çəkildikdən sonra, onunla birlikdə gələnlər yüksək səslə danışmağa və gülməyə başlayıblar. Bu zaman fəxri qarovul dəstəsinin bir üzvü növbətçiliyini dayandıraraq qrupa tərəf dönüb və sərt, əmr dolu bir səslə deyib:
"Bütün ziyarətçilərdən hər zaman sükut və hörmət mühitini qorumaları tələb olunur!"
Pentaqonun sözçüsü nəşrə bildirib ki, qarovulçu müdafiə nazirinə irad bildirməklə düzgün hərəkət edib:
"Nazir və bütün nazirlik, hərbçilərimizin Amerikanın təhlükəsizliyi naminə etdikləri fədakarlıqlara hər zaman hörmətlə yanaşıblar və bundan sonra da yanaşacaqlar. Bu müqəddəs günün qeyd olunduğu vaxtda əsgər, hər kəsə müvafiq davranış qaydalarına riayət etməyin vacibliyini yerində və hörmətlə xatırladıb".
18-02-2014, 12:13
2-12-2012, 16:40
21-01-2014, 11:59
3-06-2016, 02:04
18-12-2018, 11:26
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?