Gundemxeber.az » Dünya » Prezidentləri qarşılayan fəxri qarovul dəstəsinin iki üzvü yerə yıxıldı
Yelisey Sarayının fəxri qarovul dəstəsinin iki üzvü Fransa Prezidenti Emmanuel Makronun yaxınlığında yıxılıb.
Gundemxebertv.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə noyabrın 11-də, Slovakiya Prezidenti Peter Pelleqrininin səfəri zamanı baş verib.
Məlumata görə, qarovulçulardan biri əvvəlcə yırğalanıb, qılıncını aşağı salıb və yerə yıxılıb – görünür, o, huşunu itirib. Makron və yaxınlıqdakı bir neçə nəfər dərhal ona tərəf yönəliblər. Bir qədər sonra, Fransa prezidenti Pelleqrini ilə görüşmək üçün döndüyü zaman ikinci bir qarovulçu da yıxılıb. Bu an kameraya düşməsə də, kadrlarda qılıncın yerə dəymə səsi eşidilir və Makronun reaksiyası aydın görünür.
Yelisey Sarayının əməkdaşları qarovulçulardan birini hadisə yerindən uzaqlaşdırıblar. Hər iki hərbçinin vəziyyəti hələlik məlum deyil.
15-03-2017, 00:47
23-02-2016, 12:59
3-09-2014, 11:57
23-07-2017, 16:39
23-12-2012, 12:16
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?