Qahirənin cinayət məhkəməsi üç islamçını, o cümlədən Misirdə qadağan olunmuş "Müsəlman Qardaşları" hərəkatının liderlərindən biri Vaqdi Qanimi ölüm cəzasına məhkum edib. Bu haqda "Əl-Qəhirə" xəbər portalı məlumat verib. Məlumata görə, müttəhimlər 2003-ci ildə cinayətkar qrup yaradıblar. Qrup hakim rejimin devrilməsi, hərbi və polis obyektlərinə hücum planları hazırlayıb. Qruplaşmanın daha beş üzvü ömürlük həbs cəzasına məhkum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?