Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi batıb.
Bunu Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Flavio Di Cakomo "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, miqrantları daşıyan gəminin batması haqda məlumat əldə ediblər. İnformasiyaya əsasən, gəmini insan alveri ilə məşğul olan cinayətkar qrup qaçırıb. Daha sonra gəmi batıb.
Sorğu
Yeni dizaynımız necədir?